Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası ərazisinin bir hissəsinin işğal olunması nəticəsində öz daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş vətəndaşların 2004-cü il 17 dekabra təyin edilmiş bələdiyyə seçkilərində aktiv seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələ barədə məlumat vermişdir. MSK qərara almışdır ki, həmin şəxslər məcburi məskunlaşdıqları bələdiyyələrin ərazisində aktiv seçki hüququndan istifadə edə bilərlər.
19 noyabr 2004 17:11
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası ərazisinin bir hissəsinin işğal olunması nəticəsində öz daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş vətəndaşların 2004-cü il 17 dekabra təyin edilmiş bələdiyyə seçkilərində aktiv seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələ barədə məlumat vermişdir. MSK qərara almışdır ki,
həmin şəxslər məcburi məskunlaşdıqları bələdiyyələrin ərazisində aktiv seçki hüququndan istifadə edə bilərlər.
Sonra 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya daxil olmuş müraciətlər müzakirə edilmişdir. Mərkəzi Seçki Komissiyası namizədliklərinin qeydə alınmasından imtina olunmuş 8 nəfər vətəndaşın şikayət ərizəsinə baxmış və onların namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.