Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov 17 dekabr 2004-cü ilə təyin edilmiş Azərbaycan Respublikasının bələdiyyə seçkilərində ərazisi seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyaları ptotokollarının tərtib edilməsi məsələsi barədə məlumat vermişdir. Komissiya həmin bələdiyyələr üzrə səsvermənin yekunlarına dair protokolları tərtib edəcək müvafiq dairə seçki komisiyalarını müəyyənləşdirmişdir.
27 noyabr 2004 17:09

Sonra MSK sədrinin müavini Svetlana Qasımova bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi ilə bağlı məsələni Komissiya üzvlərinin nəzərinə çatdırmışdır. Mərkəzi Seçki Komissiyası 45 saylı Abşeron və 113 saylı Şəki şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
İclasda bələdiyyə seçkiləri ilə bağlı MSK- ya daxil olmuş müraciətlər də müzakirə edilmişdir. Mərkəzi Seçki Komissiyası namizədliklərinin qeydə alınmasından imtina olunmuş 10 nəfər vətəndaşın şikayət ərizəsinə baxmış və onlardan 9 nəfərin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.