Aprelin 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın fevralın 18-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra 13 saylı Xəzər birinci və 14 saylı Xəzər ikinci seçki dairələrinin adlarında və ərazilərinin tərkibində dəyişikliklər edilməsi barədə məsələyə baxılmışdır. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 13 saylı Xəzər birinci seçki dairəsi müvafiq olaraq 13 saylı Xəzər – Pirallahı, 14 saylı Xəzər ikinci seçki dairəsi isə 14 saylı Xəzər seçki dairəsi adlandırılsın. Bundan əlavə, Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanununa uyğun olaraq 13 saylı Xəzər – Pirallahı və 14 saylı Xəzər seçki dairələrinin ərazilərinin tərkibində müvafiq dəyişikliklər edilmişdir.
Komissiya bir sıra normativ xarakterli aktlara da dəyişikliklər barədə qərarlar qəbul etmişdir.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.