Əvvəlcə Komissiya sədrinin müavini Svetlana Qasımova və MSK katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 25 saylı Nizami ikinci, 36 saylı Xətai dördüncü, 49 saylı Yevlax – Mingəçevir, 85 saylı Şamaxı və 111 saylı Zaqatala – Balakən seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
18 oktyabr 2004 16:59

Sonra Komissiyanın digər katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər barədə məlumat vermişdir. MSK həmin müraciətlər haqqında müvafiq qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MSK-nın 19 oktyabrda keçirilən iclasında isə 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi qərara alınmışdır.
Həmin iclasda 17 dekabr bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya ünvanlanmış müraciətlərə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.