Əvvəlcə Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev 95 saylı Tərtər və 6 saylı Culfa – Babək seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişdir. MSK həmin seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
20 oktyabr 2004 16:41

Sonra Komissiyanın üzvü İlham Məmmədov 2004-cü il oktyabrın 19-da keçirilmiş Milli Məclisə əlavə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər barədə məlumat vermişdir. MSK həmin müraciətlərin araşdırılmaq üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi haqqında qərarlar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov isə 2004-cü il dekabrın 17-nə təyin edilmiş bələdiyyələrə seçkilərlə bağlı Komissiyaya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Bu müraciətlər haqqında müvafiq qərarlar qəbul olunmuşdur.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.