Əvvəlcə Komissiyanın katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibindəki dəyişikliklərlə bağlı məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 98 saylı Şəmkir və 18 saylı Yasamal – Səbail seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.

22 oktyabr 2004 16:40

Sonra Mərkəzi Seçki Komissiyasının digər katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. MSK həmin müraciətlər haqqında müvafiq qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.