Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 17 avqust və 19 avqust 2004-cü il tarıxlı iclaslarının protokolları təsdiq edilmişdir.
01 sentyabr 2004 16:36
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 17 avqust və 19 avqust 2004-cü il tarıxlı iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması Qaydalarının layihəsi barədə məlumat vermişdir. Komissiya bu sənədin təsdiqi barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının digər katibi Vidadi Mahmudov isə Milli Məclisə və bələdiyyələrə seçkilərdə bəzi seçki sənədləri nümunələrinin layihələri barədə məlumat vermişdir. Həmin sənəd nümunələri MSK tərəfindən təsdiq edilmişdir.
Komissiya üzvü Azər Tağıyev bələdiyyə seçkilərində seçkiqabağı təşviqatın aparılması üçün qeydə alınmış namizədlər arasında teleradio verilişlərində efir vaxtının, eləcə də dövri nəşrlərin səhifələrində yer ayrılması üçün dairə seçki komissiyaları tərəfindən keçirilən püşkatma Qaydası layihəsi haqqında MSK üzvlərinə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası bu sənəd layihəsinin də təsdiqi barədə qərar qəbul etmişdir.
Komissiya 19 saylı Nərimanov birinci, 21 saylı Nəsimi birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 40 saylı Kəpəz ikinci (Gəncə), 49 saylı Yevlax
- Mingəçevir, 91 saylı Ucar və 96 saylı Goranboy – Naftalan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, АBŞ səfirliyinin təmsilçiləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.