Aprelin 11-də Avropa Şurası Nazirlər Kabinetinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür
Aprelin 11-də Avropa Şurası Nazirlər Kabinetinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Ursula Qaçekin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin seçki qanunvericiliyində prezident seçkiləri ilə bağlı tələblər, seçici siyahılarının dəqiqləşdirilməsi, komissiyaların fəaliyyəti prinsipləri və qarşıdan gələn seçkilərə hazırlıq istiqamətində görülən işlərlə maraqlanmışdır.
Beynəlxalq qurumlarla münasibətlərin xüsusi önəm daşıdığını və bu əməkdaşlığın seçki praktikasının daha da təkmilləşməsinə əhəmiyyətli töhfələr verdiyini söyləyən MSK sədri Azərbaycan Respublikasının seçki sistemi, prezident seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı görülən işlər və planlaşdırılan layihələr barədə məlumat vermişdir.
Görüşdə qonaqları maraqlandıran digər suallara da cavablar verilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.