Əvvəlcə MSK sədrinin müavini Svetlana Qasımova Azərbaycan Resrublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi ilə əlaqədar seminar - müşavirənin gündəlyinin təsdiq edilməsi barədə məlumat vermişdir. Komissiya seminar - müşavirənin avqustun 24-nə təyin olunması haqqında qərar qəbul etmişdir.

19 avqust 2004 16:26

Əvvəlcə MSK sədrinin müavini Svetlana Qasımova Azərbaycan Resrublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi ilə əlaqədar seminar
- müşavirənin gündəlyinin təsdiq edilməsi barədə məlumat vermişdir. Komissiya seminar - müşavirənin avqustun 24-nə təyin olunması haqqında qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov Azəbaycan Resrublikasında bələdiyyə seçkiləri ilə əlaqədar bəzi seçki sənədləri nümunələrinin hazırlanması barədə məlumat vermişdir. MSK həmin sənəd nümunələrini təsdiq etmişdir.
Komissiya 29 saylı Səbail, 48 saylı Yevlax, 96 saylı Goranboy-Naftalan və 110 saylı Zaqatala seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
Mərkəzi Seçki Komisiyasının katibi Vidadi Mahmudov Milli Məclisə seçkilərlə bağlı bəzi seçki sənədləri nümunələrinin təsdiq olunması barədə təkliflə çıxış etmiş və Komissiya həmin nümunələri təsdiqləmişdir.
MSK üzvü Azər Tağıyev Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqatın ararılması üçün qeydə alınmış namizədlər arasında teleradio verilişlərində efir vaxtlarının, eləcə də dövri nəşrlərin səhifələrində yerlərin ayrılması üçün dairə seçki komissiyaları tərəfindən keçirilən rüşkatmanın qaydasının təsdiq edilməsi haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası bu qaydanın təsdiq edilməsi haqqında qərar qəbul etmişlər.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır.
MSK-nın iclasında cari məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ABŞ səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.