Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 30 iyul və 7 avqust 2004-cü il tarixli iclaslarının rrotokolları təsdiq edilmişdir.

25 avqust 2004 16:23

Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 30 iyul və 7 avqust 2004-cü il tarixli iclaslarının rrotokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi rartiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları layihəsinin təsdiq edilməsi təklifi ilə çıxış etmişdir. Komissiya həmin sənədin təsdiq edilməsi haqqında qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qrurlarının yaradılması və namizədin irəli sürülməsi qaydaları haqqında Təlimatın layihəsi barədə məlumat vermişdir. MSK bu təlimatın təsdiq olunması barədə qərar qəbul etmişdir. Komissiya bələdiyyələrə seçkilərdə bəzi seçki sənədlərinin nümunələrini də təsdiq etmişdir.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova 10 saylı Binəqədi üçüncü seçki dairəsi və 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə təklif vermişdir. MSK həmin seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmış və müvafiq qərarlar çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.