Əvvəlcə Komissiyanın sədri təşkilati məsələ barədə məlumat verərək bildirmişdir ki, Mərkəzi Seçki Komissiyasının sabiq katibi İnqilab Nəsirov Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvülüyündən azad edilmiş və onun yerinə Natiq Seyfulla oğlu Məmmədov MSK-nın üzvü təyin olunmuşdur. Sonra Mərkəzi Seçki Komissiyası İ.Nəsirovun MSK katibi vəzifəsindən azad olunması haqqında qərar qəbul etmişdir. Bu vəzifəyə Natiq Məmmədovun namizədliyi irəli sürülmüş və o, Mərkəzi Seçki Komissiyasının katibi seçilmişdir.
06 iyul 2004 16:13

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova 3 saylı Babək - Şərur seçki dairəsinin adının dəyişdirilərək, 3 saylı Babək - Kəngərli seçki dairəsi adlandırılması təklifi ilə çıxış etmişdir. Komissiya üzvləri həmin dairə seçki komissiyasının adında dəyişiklik edilməsi barədə qərar çıxarmışlar.
İclasın sonunda cari məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.