Aprelin 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın aprelin 2-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğunlaşdırılması barədə qərar qəbul edilmişdir.
Komissiya 16/61 saylı 3 avqust 2010-cu il tarixli qərarına da dəyişiklik etmişdir.
İclasda Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişiklilər barədə qərarlar çıxarılmışdır.
MSK 104 saylı Gədəbəy – Tovuz və 121 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.