Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 16 iyul və 23 iyul 2004-cü il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
30 iyul 2004 15:44
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 16 iyul və 23 iyul 2004-cü il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
MSK-nın katibləri Natiq Məmmədov və Vidadi Mahmudov Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə bəzi sənəd nümunələrinin layihələri barədə məlumat vermişlər. Komissiya həmin sənəd nümunələrinin təsdiq edilməsi haqqında qərar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilər zamanı səsvermə üçün qeydiyyatdançıxma (səsvermə vəsiqəsinin) vəsiqəsindən istifadə edilməsinə dair İzahın təsdiqi barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova və MSK katibi Natiq Məmmədov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişlər. Komissiya Bəxtiyar İsmayıl oğlu Hümbətovun 40 saylı Kəpəz ikinci(Gəncə) seçki dairəsi dairə seçki komissiyasının, Şərəf Yusif oğlu Babazadənin isə 48 saylı Yevlax seçki dairəsi dairə seçki komissiyasının üzvü vəzifəsindən öz ərizələrinə əsasən azad olunması barədə qərar qəbul etmişdir. MSK-nın digər qərarı ilə Kamal Əliabbas oğlu Fərziyev 36 saylı Xətai dördüncü seçki dairəsi dairə seçki komissiyasının, Niftulla Abdulla oğlu Əzizov isə 66 saylı Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilmişlər.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə də baxılmış və müvafiq qərar çıxarılmışdır.
Mərkəzi Seçi Komissiyasının iclasında yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.