Aprelin 22-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür.
Aprelin 30-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür.
Sədr rəhbərlik etdiyi qurumun aparıcı beynəlxalq qurumlarla, həmçinin Avropa Birliyi ilə əlaqələrə xüsusi önəm verdiyini bildirmişdir.
Səfir səmimi qəbula görə təşəkkürünü bildirmiş, qarşıdan gələn seçkilərlə bağlı görülən işlərlə maraqlanmış və təmsil etdiyi qurumun Mərkəzi Seçki Komissiyası ilə birgə layihələr həyata keçirmək istədiyini diqqətə çatdırmışdır.
MSK sədri beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirilməsindən məmnunluq ifadə etmiş və bu əməkldaşlığın aşağı seçki komissiyaları üzvlərinin hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə yardım etdiyini vurğulamışdır.
Görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi