Martın 5-də Avstriya Respublikası Parlamentinin Milli Şurasının birinci vitse-spikeri Friz Noygebauerin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar Azərbaycan Respublikasının seçki qanunvericiliyində prezident seçkiləri ilə bağlı tələblər, qarşıdan gələn seçkilərə hazırlıq və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində görülən işlərlə maraqlanmışlar.
MSK sədri Azərbaycan Respublikasının seçki sistemi, müvafiq qanunvericilik, prezident seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı həyata keçirilən tədbirlər və planlaşdırılan layihələrdən söz açmışdır. Sədr həmçinin hazirda davam edən seçici siyahılarının dəqiqləşdirilməsi prosesi barədə də qonaqlara məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır