Fevralın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın dekabrın 27-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası 30 saylı Suraxanı birinci, 36 saylı Xətai dördüncü, 44 saylı Sumqayıt – Abşeron, 53 saylı Quba-Qusar, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir, 71 saylı Masallı kənd, 76 saylı Lənkəran- Astara, 80 saylı İmişli-Beyləqan, 91 saylı Ucar, 115 saylı Şəki kənd ikinci və 121 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Komissiyanın iclasında ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.