Fevralın 28-də ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Moninqstar Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Fevralın 28-də ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Moninqstar Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi ilə MSK arasındakı səmərəli əməkdaşlıqdan məmnun olduğunu qeyd etmişdir.
MSK sədri Azərbaycan Respublikasının strateji tərəfdaşı olan ABŞ-ın ölkəmizdəki səfirliyi ilə rəhbərlik etdiyi qurum arasındakı münasibətlər barədə deyilənlərə şərik olduğunu bildirmiş və demokratiyanın inkişafı ilə bağlı hər iki tərəfin fikirlərinin üst-üstə düşdüyünü vurğulamışdır. Sədr səfirin xahişi ilə Azərbaycan Respublikasında mövcud seçki sistemi, seçki praktikasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar və bu sahədəki beynəlxalq əməkdaşlıq barədə məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın