Yanvarın 23-də Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür
Yanvarın 23-də Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Səfir Azərbaycanın seçki sistemi ilə maraqlanmış, ölkəmizin seçki praktikası ilə bağlı suallar vermişdir. Mərkəzi Seçki Komissiyasının sədri qonağa Azərbaycan Respublikasında seçkilərin təşkili və keçirilməsinə dair tələblər barədə ətraflı məlumat vermişdir.
Geniş və hərtərəfli məlumata görə razılığını bildirən səfir səmimi qəbula görə də təşəkkür etmişdir.
Görüşdə Mərkəzi Seçki Komissiyasının Böyük Britaniya səfirliyi ilə əməkdaşlığının gələcək perspektivləri barədə də müzakirələr aparılmışdır.