Noyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
12 noyabr 2010 10:11
İclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır.
Müraciətlərdən on birinin araşdrıma müddəti uzadılmış, biri qanunla müəyyən edilmiş şikayətvermə müddəti ötürüldüyündən ərizəçinin özünə geri qaytarılmış, üçü aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmiş, doqquz müraciətlə bağlı mübahisə predmeti qalmadığından xitam verilmiş, digərləri isə əsassız olduğundan təmin edilməmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.