Noyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
01 noyabr 2010 18:04
İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır.
Müraciətlərdən 4-ü aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmiş, 1-i seçki qanunvericiliyinə görə müraciət edən şəxs şikayət verən subyekt olmadığından ərizəçinin özünə geri göndərilmiş, digərləri isə əsasszı olduğundan təmin edilməmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Böyük Briyaniya səfirliyinin, MDB Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.