Yanvarın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
06 yanvar 2005 11:45
Yanvarın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikasında 2004-cü il dekabrın 17-də keçirilmiş bələdiyyə seçkilərinin yekunları haqqında məsələ müzakirəyə çıxarılmışdır.
Komissiya üzvlərinin əksəriyyəti qərar layihəsi ilə razı olduqlarını bildirmişlər. Onların ümumi rəyi bundan ibarət olmuşdiur ki, bəzi qüsurların olmasına, dairə seçki komissiyalarının bəzilərinin sədrlərinin və bir sıra məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətlərindəki nöqsanlara baxmayaraq bələdiyyə seçkiləri ümumilikdə Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə, normal keçmişdir. Onlar bu seçkilərin keçirilməsi ilə dövlətimizin demokratiyaya doğru daha bir addım adtığını vurğulamışlar.
MSK-nın qərarına görə, 21 471 nəfər bələdiyyə üzvü seçilmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri pozulduğundan 20 seçki mənətəqəsində səsvermənin nəticələri dairə seçki komissiyaları tərəfindən, 409 seçki mənətəqəsində isə səsvermənin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən etibarsız hesab edilmişdir. Seçki Məcəlləsinin 240.1.2-ci maddəsinin tələbinə uyğun olaraq 135 bələdiyyəyə keçirilmiş seçkilər etibarsız hesab edilmişdir. 50 seçki məntəqəsində isə seçicilərin seçkidə iştirak hüququ pozulduğundan həmin seçki komissiyalarının tərkibi buraxılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.22-ci maddəsinə əsasən 9 seçki dairəsi dairə seçki komissiyalarının sədrlərinin öz vəzifələrinə uyğun gəlmədikləri müəyyən edilmişdir.
İclasda ABŞ və Fransa səfirliklərinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.