Noyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

14 noyabr 2010 17:48


Noyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. 

İclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. 

Müraciətlərdən beşində tələb aydın olmadığından, üçü isə qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılmış, biri aidiyyəti üzrə araşdırılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilmiş, digərlərinin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilmişdir.   

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.