Oktyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Oktyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyası 1 oktyabr 2010-cu il tarixli iclasın protokolunu təsdiq etmişdir.
Sonra "Insan naminə” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə qərar qəbul edilmişdir.
İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır.
Müraciətlərdən 1-nin əsassız olduğundan təmin edilməməsi, 4-ünün araşdırılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul olunmuş, 2-sinin müraciətinə baxılmadığı üçün xitam verilmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.