Oktyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

05 oktyabr 2010 15:51


Oktyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır.

 Müraciətlərdən 1-nin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə müraciətin baxılmasına xitam verilmiş, 3-ünün isə araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilmişdir.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.