Oktyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
23 oktyabr 2010 15:00
İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır.
Müraciətlərdən 2-si təmin edilməmiş, 4-ü aidiyyatı üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmiş, biri isə qanunla müəyyən edilmiş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılmışdır.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.