Oktyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Oktyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə AXCP – Müsavat siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri qeydə alınmışdır.
Sonra 6 saylı Culfa – Babək seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilmişdir.
İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır.
Müraciətlərdən 4-ü əsassız olduğundan təmin edilməmiş, 2-si aidiyyatı üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.