Oktyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Oktyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 4 oktyabr, 5 oktyabr və 6 oktyabr 2010-cu ildə keçirilmiş iclaslarının protokolları təsdiqlənmişdir.
Sonra "İnsan naminə” siyasi partiyalar blokunun təqdim etdiyi səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri qeydə alınmışdır.
İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır.
Müraciətlərdən 1-i əsassız olduğundan təmin edilməmiş, 2-si aidiyyatı üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.