Sentyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
11 sentyabr 2010 14:38
Əvvəlcə Komissiyanın 6 sentyabr və 8 sentyabr 2010-cu il tarixli iclasılarnın protokolları təsdiqlənmişdir.
Sonra 2010-cu il noyabarın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Qarabağ” və "İnsan naminə” siyasi partiyalar bloklarının qeydə alınmalarına dair məsələyə baxılmış, hər iki blokun qeydə alınması barədə qərar qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyası həmin siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrini də qeydə almışdır.
Komissiya imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunin yaradılması və həmin qrupun tərkibinin müəyyən edilməsi barədə qərar çıxarmışdır.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin təmsilçisi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.