Sentyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
13 sentyabr 2010 14:33
Əvvəlcə 2010-cu il noyabarın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Demokratiya”, "İslahat” və "AXCP-Müsavat” siyasi partiyalar bloklarının qeydə alınmalarına dair məsələyə baxılmış, hər üç blokun qeydə alınması barədə qərar qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyası həmin siyasi partiyalar bloklarının, eyni zamanda Klassik Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Milli Demokrat
Partiyasının və Demokratik Azərbaycan Dünyası Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alması barədə qərar etmişdir.
İclasda 36 saylı Xətai dördüncü seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin təmsilçisi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.