Sentyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
16 sentyabr 2010 14:31
Əvvəlcə Komissiyanın 11 sentyabr və 13 sentyabr 2010-cu il tarixli iclasının protokolu təsdiqlənmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası Azərbaycan Milli İstiqlal Partiyasının, Klassik Xalq Cəbhəsi Partiyasının, "İnsan naminə” və "Qarabağ” siyasi partiya bloklarının səlahiyyətli nümayəndələrinin qeydə alınmaları barədə qərarlar qəbul etmişdir.
İclasda 122 saylı seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Böyük Britaniya səfirliyinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.