Sentyabrın 20-dən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyalarına başlanacaqdır.
20 sentyabr 2010 14:20
Məlumat sessiyaları rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil ediləcək.
İlk məlumat sessiyası senyabrın 20-də Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək.
Sentyabrın 21-də Şirvanda, 22-də Mİngəçevirdə, 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eyni mövzulu məlumat sessiyaları keçiriləcəkdir.
Bakıda keçiriləcək tədbir "Ləndmark” biznes mərkəzinin "Rotunda” zalında saat 10.00-da başlanacaq. Bütün kütləvi informasiya vasitələrinin nümayəndələri tədbirə dəvətlidir.