Noyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Əvvəlcə Komissiyanın 10 oktyabr və 5 noyabr 2007-cı il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyaları rəsmiləri üçün kursların hazırlığı və keçirilməsi haqqında məsələ barədə məlumat vermişdir. Komissiya qərara almışdır ki, 2007-ci il dekabrın 3-dən başlayaraq qruplara bölünməklə dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyası sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.
Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 19 saylı Nərimanov birinci, 45 saylı Abşeron və 111 saylı Zaqatala-Balakən seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərarlar çıxarmışdır.
MSK cari məsələlərə də baxmışdır.