Aprelin 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Aprelin 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 12 mart 2007-cı il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası 10 saylı Binəqədi üçüncü, 14 saylı Əzizbəyov ikinci, 45 saylı Abşeron, 52 saylı Quba, 77 saylı Astara, 80 saylı İmişli- Beyləqan və 97 saylı Goranboy –Ağdam – Tərtər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında da qərarlar çıxarmışdır.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), ABŞ səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.