Senytabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
11 sentyabr 2008 12:29
Senytabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK-nın katibi Natiq Məmmədov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş cənab Qüdrət Müzəffər oğlu Həsənquliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması məsələsi barədə məlumat vermişdir. Komissiya həmin şəxsin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir. "Yaşıl siyasət” təşəbbüs qrupunun namizədi cənab Mayıs Gülalı oğlu Gülalıyevin namzədlyinin qeydə alınmasından isə imtina edilmişdir.
Mərkəzi Seçki Komissiyası 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nun Seçki Müşahidə Missiyasının üzvləri, ATƏT Bakı ofisinin, Böyük Britaniya səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.