Avqustun 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
Avqustun 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Əvvəlcə Komissiya namizədlikləri özləri tərəfindən irəli sürülmüş Arif Həsənqulu oğlu Əliyevin və Əli İsa Hacı oğlu Ağaevlinin Azərbaycan Respublikası prezidentliyinə namizədlikllərinin təsdiq olunması haqqında qərar qəbul etmişdir.Sonra MSK katibi Natiq Məmmədov bəzi normativ xarakterli aktların qəbuluna dair məsələ barədə məlumat vermiş və Mərkəzi Seçki Komissiyası həmin normativ xarakterli aktların qəbulu ilə bağlı qərar çıxarmışdır. MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.