Avqustun 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
Avqustun 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov ekspert qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir. MSK nəzdində 9 nəfərdən ibarət, dairə seçki komissiyaları nəzdində isə 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması barədə qərar qəbul olunmuşdur.
Sonra Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi məsələsinə baxılmışdır. Milli Məclisin deputatı Aydın Mirzəzadənin Mərkəzi Seçki Komissiyasında məşvərətçi səshüquqlu üzv təyin edilməsi barədə qərar çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyası namizədlikləri özləri tərəfindən irəli sürülmüş Teymur Pərviz oğlu Quliyevin və Süleyman Uğuz oğlu Quliyevin Azərbaycan Respublikası prezidentliyinə namizədlikllərinin təsdiq olunması haqqında qərar qəbul etmişdir. Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir. İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında Avropa Şurasının, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.