İyulun 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
28 iyul 2008 11:21
İyulun 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK-nın sədri Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında məsələylə bağlı məlumat vermişdir. O, bildirmişdir ki, Seçki Məcəlləsinin tələbinə görə, seçkilər səsvermə gününə azı 75 gün qalmış elan edilməli olsa da, MSK üzvlərinin yekdil rəyi belə olmuşdur ki, seçkiləri bu gün elan edilsin. Mərkəzi Seçki Komissiyası bu günə qədər prezident seçkilərinə hazırlıqla bağlı xeyli iş görmüşdür. Seçicilərin siyahıları tərtib edilmiş və dəqiqləşdirilmiş, dairə seçki komssiyalarında katibliklər yaradılmış və fəaliyyətə başlamış, aşağı seçki komissiyalarının iş şəraiti yaxşılaşıdırlımış, onların əksəriyyəti üçün yeni binalar tikilmiş, seçicilər, aşağı seçki komissiyalarının üzvləri və KİV nümayəndələri üçün genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirilmiş, beynəlxalq qurumlarla birgə layihələr gerçəkləşdirilmiş, Seçki Məcəlləsinin "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər və əlaəvələr haqqında” Qanun nəzərə alınmaqla yeni variantı nəşrə hazırlanmış və çap olunmuş, seçkilərin hazırlanmasını həyata keçirmək üçün zəruri olan normativ-hüquqi aktlar bazası təkmilləşdirilmiş, normativ xarakterli aktlar qəbul edilmiş və ictimailəşdirilmiş, həmin sənədlərdən ibarət toplu hazırlanmış və çap edilmiş, seçki komissiyalarının fəaliyyəti, tərkibi, seçici siyahıları barədə məlumatlar və seçki sənədləri MSK-nın rəsmi internet səhifəsində yerləşdirilmişdir. O, qeyd etmişdir ki, ölkədə ədalətli seçkilərin keçirilməsi üçün vacib olan mütərəqqi hüquqi baza, ictimai-siyasi sabitlik, demokratik şərait və siyasi iradə mövcuddur. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 178.1-ci maddəsinə görə, Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Komissiya sədri MSK üzvlərini Azərbaycan Respublikasında Prezident seçkilərinin elan edilməsi barədə qərar layihəsi ilə tanış etmişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 15 oktyabr 2008-cil Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü elan edilsin.
MSK katibi Natiq Məmmədov isə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanlb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planının təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyaslı Təqvim planının təsdiq edilməsi barədə qərar çıxarmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-nin Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.