İyulun 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
04 iyul 2008 11:19
İyulun 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Komissiyanın sədri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanunun qəbulunu çox mütərəqqi bir addım adlandırmış və qeyd etmişdir ki, bu Qanun seçki praktikasının təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. O, həmin sənədin qarşıdan gələn prezident seçkilərinin daha demokratik və ədalətli keçirilməsində əhəmiyyətli rol oynayacağını qeyd etmiş və sözügedən qanunun layihəsini Milli Məclisə təqdim edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Qanunu qəbul etmiş Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkürünü bildirmişdir.
Sonra MSK-nın 10 iyun 2008-ci il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bəzi normativ xarakterli aktların qəbuluna dair məsələ barədə məlumat vermişdir. Komissiyanın qərarı ilə bəzi normativ xarakterli aktlar qəbul olunmuş və müvafiq seçkilərin hazırlanıb keçirilməsi üçün qəbul edilmiş və eyni münasibətləri tənzim edən normativ xarakterli aktlar qüvvədən düşmüş hesab edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bəzi normativ xarakterli aktların qəbuluna dair məsələ barədə məlumat vermişdir. Komissiyanın qərarı ilə bəzi normativ xarakterli aktlar qəbul olunmuş və müvafiq seçkilərin hazırlanıb keçirilməsi üçün qəbul edilmiş və eyni münasibətləri tənzim edən normativ xarakterli aktlar qüvvədən düşmüş hesab edilmişdir.
MSK sədrinin müavini Svetlana Qasımova bəzi seçki dairələrinin dislokasiyalarında dəyişikliklərə dair məsələ barədə məlumat vermişdir. Qərara alınmışdır ki, 72 saylı Yardımlı – Masallı, 78 saylı Lerik – Lənkəran, 84 saylı Fizuli və 102 saylı Samux – Şəmkir seçki dairələrinin dislokasiyalarında dəyişkiliklər edilsin.
MSK 5 saylı Şahbuz – Babək, 20 saylı Nərimanov ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci(Gəncə), 49 saylı Yevlax – Mingəçevir və 59 saylə Salyan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişkliklər edilməsi haqqında da qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, qəbul etdiyi sənədlər və seçki qanunvericiliynə dair digər məlumatları əldə etmək istəyən şəxslər MSK-nın rəsmi internet səhifələrinə müraciət edə bilərlər. Komissiyanın internet səhifələrində həmçinin seçici siyahıları ilə tanışlıq və adların vahid seçici siyahısında olub-olmamasını yoxlanması da mümkündür. MSK-nın internet ünvanı belədir: www.msk.gov.az; cec.gov.az; infocenter.gov.az