Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə dekabrın 3-dən 5-dək Moskvada səfərdə olacaqdır
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə dekabrın 3-dən 5-dək Moskvada səfərdə olacaqdır. Səfər Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası sədrinin dəvəti əsasında həyata keçiriləcəkdir.
Bundan əlavə, MSK-nın üzvləri və əməkdaşlarından ibarət heyət MDB Müşahidə Missiyasının tərkibində də Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə edəcəkdir.
Qeyd edək ki, Rusiya Federasiyasının Dövlət Dumasına seçkilər dekabrın 4-də keçiriləcəkdir.