Dekabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Dekabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 17 noyabr 2011-cu il tarixli iclas protokolu təsdiq edilmişdir.
Sonra "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydaları” layihəsi müzakirə olunaraq təsdiqlənmişdir.
İclasda 30 noyabr 2011-ci ildə keçirilimiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilkərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılmışdır. MSK qərara almışdır ki, həmin müraciət araşdırılması üçün aidiyyatı üzrə 50 saylı Qobustan – Xızı - Sumqayıt seçki dairəsi dairə seçki komissiyasında göndərilsin.
İclasda ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.