Dekabrın 20-də ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür
20 dekabr 2011 11:04
Dekabrın 20-də ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir qeyd etmişdir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın dostu olaraq bu ölkədə demokratik təsisatların möhkəmlənməsində maraqlıdır.
MSK sədri Azərbaycan Respublikasının strateji tərəfdaşı olan ABŞ-ın ölkəmizdəki səfirliyi ilə rəhəbərlik etdiyi qurum arasındakı əməkdaşlığı məmnunluq hissi ilə vurğulayaraq qeyd etmişdir ki, demokratiyanın inkişafı ilə bağlı hər iki tərəfin fikirləri üst-üstə düşür. Sədr səfirin xahişi ilə Azərbaycan Respublikasının seçki sistemi və seçki paraktikasının təkmilləşdirilməsi istiqamətində görülən işlər, noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə əlavə, təkrar və yeni seçkilər barədə məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.