Noyabrın 3 –də Rusaya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür
Noyabrın 3 –də Rusaya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Qonağı səmimi salamlayan MSK sədri Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin dinamik və səmərəli şəkildə inkişaf etdiyini bildirmiş və iki ölkənin ali seçki qurumlarının arasında münasibətlərin də yüksək səviyyədə olduğunu qeyd etmişdir. Sədr Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə və Rusiya Federasiyası MSK-sı arasında 2000-ci ilin 13 oktyabrında imzalanmış "Seçki strukrturlarının fəaliyyətini təkmlilləşdirmək məqsədilə qarşılıqlı faydalı əməkdaşlığı təmin etmək sahəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Rusiya Federasiyasının niyyət Protokolu”nun qarşılıqlı təcrübə mübadiləsinə hərtərəfli şərait yaratdığını vurğulamışdır. O, hər iki qurum arasında peşəkar səviyyədə təcrübə mübadiləsinin və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu qeyd etmiş və bundan sonrakı münasibətlərin də yüksələn xəttlə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir. MSK sədri bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərə hazırlıq barədə də məlumat vermişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Azərbaycan Respublikasında başqa sahələrlə yanaşı, seçkilərlə bağlı da böyük nailiyyətlərin əldə edildiyini vurğulamışdır.O, təmsil etdiyi ölkənin Mərkəzi Seçki Komissiyası ilə Azərbaycan Respublikası MSK-sı arasındakı səmimi münasibətlərdən məmnun olduğunu bildirmişdir.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri, qarşlılqlı maraq doğuran məsələlər barədə də müzakirələr aparılmışdır.