Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası noyabrın 30-da keçiriləcək bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə hazırlıq çərçivəsində treynerlər üçün treyninqlərə başlayır
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası noyabrın 30-da keçiriləcək bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə hazırlıq çərçivəsində treynerlər üçün treyninqlərə başlayır. Seçki təyin olunmuş dairələrin dairə seçki komissiyalarında fəaliyyət göstərən 168 treyner üçün təşkil olunacaq treyninqlər noyabrın 11-12-də keçiriləcəkdir.
MSK-nın treninq qrupunun trenerləri seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçəcəklər.
Xatırladaq ki, sözügedən treyninqlər Mərkəzi Seçki Komissiyasının bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə bağlı hazırladığı maaitfləndirmə proqramının layihələrindən biridir.
Treyninqlər 11 noyabr saat 10.00-da Mərkəzi Seçki Komissiyasının inizbati binasında başlanacaqdır. Tədbiri işqıqlandırmaq istəyən, MSK-da akkreditə olunmiş KİV təmsilçilərindən saat 09.30-a qədər qeydiyyatdan keçmələri xahiş edilir.