Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir
12 noyabr 2011 10:57
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir. Komissiya həmin proqram çərçivəsində"Namizədlər üçün yaddaş kitabçası”hazırlayaraq çap etdirib.
Nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvlüyünə iddialı vətəndaşların passiv seçki hüquqlarının reallaşıdırılmasınaa yardımçı olmaqdır. Yaddaş kitabçasında bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, namizədliyin qeydə alınması qaydaları əks olunmuş, eyni zamanda, namizədlərin hüquq və vəzifələri izah edilmişdir. Kitabçada namizədlərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilmişdir. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.