Yanvarın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
16 yanvar 2008 10:54
Yanvarın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 30 dekabr 2007-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Əvvəlcə Komissiyanın 30 dekabr 2007-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar məntəqə seçki komissiyaları üzvləri üçün kursların hazırlığı və keçirilməsinə dair məsələ haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, fevralın 1-dən başlayaraq həmin ay ərzində məntəqə seçki komissiyası üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük kurslar keçirilsin və kursların keçirilməsinə rəhbərlik dairə seçki komissiyalarının sədrlərinə həvalə edilsin. Sözügedən tədbirlərin keçirilməsinə nəzarətin MSK üzvlərinə, habelə MSK Katibliyinin əməkdaşlarına həvalə edilməsi də qərara alınmışdır
91 saylı Ucar və 121 saylı Laşın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərarlar çıxarılmışdır.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.