Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir
15 noyabr 2011 10:55
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir. Komissiya "Polis əməkdaşlarının bələdiyyə seçkilərində iştirakına dair Yaddaş Kitabçası” hazırlayaraq çap etdirmişdir. Yaddaş kitabçasının mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmışdır. Kitabça 2011-ci il noyabrın 30-na təyin edilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuşdur. Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində, səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəkləri tədbirlər barədə ətraflı məlumat verilmişdir. Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, "Pols haqqında” qanun, Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.
Xatırladaq ki, bundan öncə, Mərkəzi Seçki Komissiyası bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə əlaqədar namizədlər və müşahidəçilər üçün də yaddaş kitabçası çap etdirmişdir.