Mərkəzi Seçki Komissiyasının Komissiyasının bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə əlaqədar müşahidəçilər üçün hazırladığı "Müşahidəçilər üçün yaddaş" kitabçası işıq üzü görmüşdür
15 noyabr 2011 10:53
Mərkəzi Seçki Komissiyasının Komissiyasının bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə əlaqədar müşahidəçilər üçün hazırladığı "Müşahidəçilər üçün yaddaş” kitabçası işıq üzü görmüşdür. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunmuş, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilmişdir. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilmişdir. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.
Xatırladaq ki, "Müşahidəçilər üçün yaddaş” kitabçası Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq nəşr olunmuşdur.