Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 30 noyabr 2011-ci ilə təyin edilmiş bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün "Seçki günü üçün yaddaş" kitabçası hazırlayaraq aşağı seçki komissiyalarına çatdırılmasını təmin etmişdir
16 noyabr 2011 10:51
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 30 noyabr 2011-ci ilə təyin edilmiş bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün "Seçki günü üçün yaddaş” kitabçası hazırlayaraq aşağı seçki komissiyalarına çatdırılmasını təmin etmişdir. Yaddaş kitabçasının girişində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciəti yer almışdır. Müraciətdə MSK-nın sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır.
"Seçki günü üçün yaddaş”da məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.
Xatırladaq ki, "Seçki günü üçün yaddaş” Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.