Noyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
Noyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 25 oktyabr 2011-cu il tarixli iclas protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Reqlamentinə dair məsələ barədə məlumat vermişdir.
Qərara alınmışdır ki, Komissiyanın Reqlamenti yeni redaksiyada təsdiq edilsin və 21 iyun 2003-cü ildə təsdiqlənmiş reqlament qüvvədən düşsün.
İclasda məntəqə seçki komissiyalarının fəaliyyətində "Seçki günü üçün Yaddaş”ın tətbiqinə dair İzah da təsdiq edilmişdir.
MSK 61 saylı Neftçala və 67 saylı Cəlilabad şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir. MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.