Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası noyabrın 21-dən etibarən bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki bülletenlərinin və səsvermənin nəticələrinə dair seçki komissiyaları protokollarının dairə seçki komissiyalarına verilməsinə başlamışdır
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası noyabrın 21-dən etibarən bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki bülletenlərinin və səsvermənin nəticələrinə dair seçki komissiyaları protokollarının dairə seçki komissiyalarına verilməsinə başlamışdır.
Qeyd edək ki, Komissiya oktyabrın 14-də keçirilmiş iclasında səsvermə protokollarının, oktyabrın 25-də keçirilmiş iclasında isə bülletenlərin sayı və hazırlanma qaydası barədə qərar qəbul etmişdir. Protokollar seçki keçiriləcək dairə və məntəqələrin sayına uyğun olaraq, bülletenlər isə oktyabrın 25-nə olan məlumata görə seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq, yəni cəmi 1 191 541 ədəd olmaqla Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində çap edilmişdir.
Xatırladaq ki, noyabrın 30-da 330 bələdiyyə üzrə 464 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.